haberL haberR

“Yüksəliş” adlı sənədli filmin təqdimatı olacaq

Kateqoriya: Sosial Yayımlama tarixi: 22.05.2015 12:26:09

Mayın 26-da Nizami Kino Mərkəzində tanınmış rejissor, xalq artisti Vasif Babayevin “Salnamə” studiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Yüksəliş” adlı tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək

Nazirliyin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına sədrlik etmiş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub.

Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri - akademiklər Arif Paşayev və Arif Mehdiyev, ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərovdur.

Ekran əsərində 1970-1980-ci illərin xronikasını operatorlar Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov canlandırıblar.

Filmin redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.