haberL haberR

Yunanıstanla Türkiyə arasında qırıcı qalmaqalı

Kateqoriya: Dünya Yayımlama tarixi: 14.04.2016 8:48:41

Yunan tərəfinin iddiasına görə, Türkiyə qırıcıları artıq 3 gündür ki, Egey dənizində yerləşən yunan adaları üzərindən uçuşlar həyata keçirir

İslamazeri.az-ın NTV-yə istinadən verdiyi xəbərə görə,  Türkiyə hərbi hava qüvvələrinə məxsus təyyarələr artıq 3 gündür ki, Egey dənizində yerləşən yunan adaları üzərindən uçuşlar həyata keçirir. Türkiyə təyyarələrinin saxlanılması üçün, yunan qırıcıları Lemnos adasından havaya qalxıb. Bu haqda məlumatı Yunanıstan baş-qərargahı yayıb. Məlumata görə, dünən bir saat ərzində - saat 8.30-dan 9.30-a dək – azı 5 təyyarə yunan adaları üzərindən uçub.

Yunanıstan baş-qərargahından verilən məlumata əsasən, aprelin 11-i və 12-ində də Türkiyə hərbi təyyarələri iki dəfə yunan adaları üzərindən uçaraq keçib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.