haberL haberR

Zabit Səmədov dünya çempionu olan Pol Slovinskini məğlub edib (Video)

Kateqoriya: İdman Yayımlama tarixi: 27.12.2015 10:35:57

Azərbaycanlı idmançı növbəti dəfə möhtəşəm qələbə qazandı

Qroznı şəhərində “Qroznaya bitva - 13” adlı döyüş gecəsi çərçivəsində “Axmat” klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran-prilərin qalibi olan azərbaycanlı döyüşçü Zabit Səmədov bir neçə dəfə dünya çempionu olan Polşa əsilli Avstraliyanı təmsil edən Pol Slovinski üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, ilk olaraq qələbə münasibəti ilə Zabit Səmədovu Rusiya Federasiyası Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov təbrik edib.

Gecədə ümumilikdə 10 döyüş keçirilib, onlardan 7-si MMA seriyası üzrə, 3-ü K-1 versiyası üzrə.

Gecənin əsas döyüşü K-1 üzrə keçirilib və revanş anlamı daşıyırdı. Xatırladaq ki, 2007-ci ildə К-1 üzrə Amsterdam Qran-prisində “Mauqli” ləqəbli azərbaycanlı idmançı Slovinski ilə döyüşdə üstünlük əldə edərək onu nokdauna göndərsədə sonda məğlub olmuşdu.

Bu gün keçirilən döyüşdə isə Z.Səmədov Pol Slovinskidən qələbəni qoparmağı bacardı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.