haberL haberR

Zakir Həsənov bu ölkədəki hərbi obyektlərə baş çəkib

Kateqoriya: Hərbi Yayımlama tarixi: 04.07.2015 16:00:00

Azərbaycanın müdafiə naziri Latviyada bir neçə hərbi obyektdə olub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, Latviyaya rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin "Adaji" hərbi bazası, Birgə hücumun idarə edilməsi terminalı, Partlayıcı maddələrin zərəsizləşdirilməsi məktəbi, Tibb Mərkəzi və "SWATH" patrul gəmisini ziyarət edib.

Ziyarət zamanı Azərbaycanın müdafiə nazirini Latviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube müşayiət edib.

Səfər bu gün başa çatacaq.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.