haberL haberR

Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

Kateqoriya: Ölkə Yayımlama tarixi: 29.07.2016 11:50:53

Müdafiə naziri general-polkovnik Zakir Həsənov daha bir hərbi hospitalın tikintisi ilə maraqlanıb, eləcə də mühəndis-istehkam hərbi hissəsində yeni inşa edilən tikililərin açılışını həyata keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsində tikintisi davam edən hərbi hospitalda görülən işlər barədə məlumat verən Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib ki, bu müəssisə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və inşaat işlərinin yekununda müasir tibbi avadanlıqlarla tam təmin olunacaq.

Müdafiə naziri tikintinin gedişi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin əlahiddə mühəndis-istehkam hərbi hissəsinə gəlib. Yeni inşa edilərək müvafiq avadanlıqlarla tam təmin edilmiş əsgər yataqxanaları, tibb məntəqəsi, ərzaq anbarları, döyüş texnikası parkı və digər tikililərə baş çəkən nazirə görülən işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, birbaşa təyinatları üzrə praktik fəaliyyətləri üçün bölmələr mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika, xüsusi avadanlıq və vasitələrlə təmin olunub. Sonra Müdafiə naziri hərbi hissənin silahlanmasında olan xüsusi texnikalara baxış keçirib.

Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

/haberimaj/habergaleri/5J2U4E5G4R1U.JPG
  1. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

  2. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

  3. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

  4. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

  5. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

  6. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

  7. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

  8. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

  9. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

  10. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

  11. Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında - FOTOLAR

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.