haberL haberR

Zaqatala sakininin əllərini balta ilə kəsən üç nəfər tutuldu (Foto)

Kateqoriya: Kriminal Yayımlama tarixi: 02.12.2015 13:33:15

1350 manata görə dəhşətli cinayətə imza atan 3 şəxs həbs olundu

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Vüsal Bəşirova balta ilə xəsarət yetirmiş qrupun üç üzvü saxlanılıb.  Rəşad Tahirov,  Araz Musayev və Akif Mustafayev haqqında cinayət işi açılıb. Hadisə balta ilə biləkləri kəsilən şəxsin 1350 manat borcuna görə olub.

 

Qeyd edək ki, Baş Prokurorluq Zaqatalada baş verən dəhşətli cinayət hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilib ki, Zaqatala rayon prokurorluğunda aparılmış ilkin araşdırmalarla noyabrın 28-də rayon sakinləri Rəşad Tahirov və Araz Musayevin qabaqcadan əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovla görüşüb kirayədə yaşadıqları evə apararaq Araz Musayevə borcu olduğu üçün onu döyüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən əraziyə aparmalarına, bundan sonra R.Tahirovun V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçmalarına dair kifayət qədər əsaslar müəyyən edilib.

 Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

 

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev şübhəli şəxs qismində tutulub. Cinayətin törədilməsində şübhəli bilinən R.Tahirovun tapılaraq istintaqa cəlb olunması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri aparılıb. 

 

Onu da qeyd edək ki, həbs olunanların vəhhabi olduğu qeyd olunurdu.

 

Hər gün izlədiyiniz sayt bloklanıbsa bunu mütləq izləyin və asan yol ilə bloklardan qurtulun

Zaqatala sakininin əllərini balta ilə kəsən üç nəfər tutuldu (Foto)

/haberimaj/habergaleri/2A9L1V2X1I8M.JPG
  1. Zaqatala sakininin əllərini balta ilə kəsən üç nəfər tutuldu (Foto)

  2. Zaqatala sakininin əllərini balta ilə kəsən üç nəfər tutuldu (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.