haberL haberR
Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH)  verilən məlumata görə, yanğın rayonun Göyəm kəndində, Süleyman Abdulqədir oğlu Çobanova  məxsus,  ümumi sahəsi 200 kv/m olan ikimərtəbəli 5 otaqdan ibarət  fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-in  Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.  Yanğın nəticəsində  evin birinci mərtəbəsinin eyvanının tavanının və mətbəxdə mebelin bir hissəsi yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.