haberL haberR

Zaqatalada vəhhabilərə qarşı əməliyyat keçirildi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 26.04.2016 10:57:24

Zaqatala rayonunda radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən hücrədə Vəhhabi təriqət üzvlərinin toplantı keçirməsi barədə məlumat daxil olub. Daxil olan əməliyyat məlumatı əsasında həmin ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı polisə müqavimət göstərən 5 nəfər saxlanılıb.

 Hücrədən həmçinin çoxlu sayda dini ədəbiyyat, audio və video materiallar götürülüb.

 Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.