Zaqatalada yanğın: 150 minlik ziyan - FOTOLAR
Faktla bağlı araşdırma aparılır.

Zaqatalada fermada yanğın olub, ferma sahibinə 150 min manat ziyan dəyib.
Bu barədə "Report"un Şimal-Qərb bürosunun müxbirinə ferma sahibi Sayad Qocayev məlumat verib.
Onun sözlərinə görə rayonun Əliabad qəsəbəsində yerləşən ferma anidən alışıb. Yanğın nəticəsində bir baş iribuynuzlu heyvan tələf olub, on baş iribuynuzlu heyvan isə müxtəlif yanıq xəsarətləri alıb. Tikilinin yanar konstruksiyaları və içərisində olan 10 min ədəd quru ot bağlaması yanaraq yararsız hala düşüb.
Yanğını söndürmək üçün hadisə yerinə üç yanğınsöndürən maşın cəlb olunub, alovun genişlənməsinin qarşısı alınıb, fermada olan 26 baş iribuynuzlu heyvan xilas edilib.
S.Qocayev bildirib ki, yanğın zamanı ona 150 min manata yaxın ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Zaqatalada yanğın: 150 minlik ziyan - FOTOLAR
/haberimaj/habergaleri/7F4R6A7C5N3R.JPG
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.