haberL haberR

Zərdabda baş kəsən şəxs tutulub- (Video)

Kateqoriya: Kriminal Yayımlama tarixi: 02.01.2015 20:28:55

Zərdab rayonunda törədilmiş qətl hadisəsinin üstü hüquq mühafizə orqanlarının vasitəsilə açılıb

 Zərdab rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 30-da rayon sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunu qətlə yetirən həmyerlisi, 1989-cu il təvəllüdlü Vüsal Ələsgər oğlu Mehrəliyev tutulub. Vüsal Mehrəliyev ilkin ifadəsində hadisəni aralarında yaranan münaqişə zəminində törətdiyini deyib. Polisdən həmçinin bildirilib ki, Vüsal Mehrəliyev  Rəşad Zeynalovu qətlə yetirdikdən sonra onun üz nahiyəsinə benzin tökərək yandırıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda dekabrın 30-da səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.