haberL haberR

Zərif Ərəb ölkələrini Hizbullaha görə tənqid etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.03.2016 15:23:45

İranın xarici işlər naziri Cavad Zərif Fars körfəzi ölkələrinin “Hizbullah” açıqlmasına reaksiya bildirib

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Məhəmməd Zərif bölgədə olan bir sıra ölkələrin təhlükəsizliyi sual altına aparmaq istədiklərini önə çəkərək bildirib: “Bu addım xüsusən Səudiyyə Ərəbistanından müşahidə olunur. Bu ölkələr bütün siyasətlərini Sionist rejiminin razılığını əldə etmək üçün təyin edirlər."

İranlı daha sonra Livan müqavimətinin öz vətənlərini qoruduğuna işarə edərək "Hizbullah Livanın ərazi bütövlüyünü təmin edən bir təşkilatdır. Onları terrorçu adlandırmaq etibarsızdır və məhkum ediliməlidir. Bu ölkələr keçmişdə olan siyasətlərinin Suriya və Yəməndə hansı nəticələri verdiklərini müşahidə etsinlər. Yaxşı olarki onlar öz mövqelərini bir daha gözdən keçirsinlər”, - deyə danışıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.