haberL haberR

Zərif İranın Avropa ilə yeni əlaqələrindən danışdı

Kateqoriya: Region Yayımlama tarixi: 16.02.2016 15:42:29

İran Avropa əlaqələri güclənir

İslamazeri.az-ın “İRNA”-ya istinadən verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Muhəmməd Cavad Zərif bu barədə bildirib.

Nazir Brüssel səfərinə toxunaraq deyib: “Brusselə səfərimdə Avropa Birliyi rəsmiləri ilə nüvə müzakirələrində əldə olunan razılıq, bölgə və iki tərəfli əlaqələr barədə söhbətlərimiz olacaqdır. Avropa Birliyi ilə mühüm müzakirələrə başlamışıq.  Yaxın günlərdə Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə yüksək nümayəndəsi xanım Federika Maqerini  Tehrana səfər edərək, nazirlərimizlə görüşlər keçirəcək.  Hər iki tərəfində razı olduğu hər tərəfli əlaqələrə start veriləcəkdir.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.