haberL haberR

Zəvvarlar Minadakı faciənin təfərruatlarından danışdı

Kateqoriya: İslam Yayımlama tarixi: 28.09.2015 16:24:55

Zəvvarlar 763 nəfərin ölümünə səbəb olan faciənin təfərruatlarından danışıb

İslamazeri.az “Əl-Aləm”-ə istinadən bu barədə xəbər verir. Nigeriyalı həcc zəvvarı hadisə zamanı hərkəsin yalnız öz həyatını düşündüyünü bildirərək deyib: “Mən də öz növbəm də canımı xilas etmək üçün dəmirlərdən atlamağa çalışırdım. Bəziləri mənə yardım etmək istəsə də, bu mümkün olmadı və mən yerə yıxılaraq huşumu itirdim. Səud polisləri Minada şeytanı daşlamaq prosesinini tərk etmək üçün olan yolları bağlamışdılar. Açıq olan bir yol var idi ki, ordan da hacılar içəri daxil olurdular. Yolu göstərən nişanlar da tam əks istiqaməti göstərirdi. Hacılar canlarını xilas etmək üçün irəli getsələr də, polis onları geri qaytarırdı.”

 

 

Hadisənin digər şahidlərindən olan sudanlı Əhməd Məhəmməd bu barədə deyir: “Mən belimdən zədə aldıqdan sonra ayaq altında qalmamaq üçün özümü çadırlara çatdırmaq istədim. Çadırlara özümü çatdırsam da, Səud polisi mənim daxil olmağıma mane oldu. Nəhayət tunisli hacıların çadırına daxil oldum, lakin çadır aşdı və mən xəstəxanaya yerləşdirildim.”

 

Digər şahidlərin sözlərinə görə, onlar qapıların açılması üçün çox xahiş etsələr də, Səud polisi onların bu xahişini nəzərə almayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.