haberL haberR

Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır - FOTOLAR

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 15.08.2016 11:40:49

Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı müvafiq işlər görülür.

“Azəravtoyol” ASC-dən verilən xəbərə görə, ilkin mərhələdə sözügedən avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi aparılır.

Burada yolun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir. Avtomobil yolunun sözügedən 5 km-lik hissəsi uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinə maneə yaradırdı.

Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qırmadaş layı döşənərək isə yol əsası tikilib. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb. Bundan başqa yol boyu köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hal-hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə, 73 min kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılır. Səkilərin kənarına yeni səki daşları düzülür. Ümumilikdə yol boyu 6 min p/m yeni səki daşı düzüləcək. Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulub.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır

/haberimaj/habergaleri/8C5O7Y8A7L4O.JPG
  1. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır

  2. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır

  3. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır

  4. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır

  5. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır

  6. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.