haberL haberR

Ziya Türkyılmaz: Osmanlıda iqtidara görə qardaşlarını öldürürdülərsə, indi...

Kateqoriya: Münasibət Yayımlama tarixi: 12.05.2016 17:35:26

Türkiyənin "Rasthaber" portalının baş redaktoru, araşdırmaçı yazar Ziya Türkyılmaz Türkiyədəki son siyasi proseslər və Davudoğlu-Ərdoğan məsələsini müzakirə edib

İslamazeri.az-ın verdiyi xəbərə görə, İran telekanallarından birində (SəhərTV) canlı yayımda qonaq kimi iştirak edən Türkiyənin "Rasthaber" portalının baş redaktoru, araşdırmaçı yazar Ziya Türkyılmaz Davudoğlunun işdən uzaqlaşdırılmasına münasibət bildirərəkən deyib: "Osmanlıda iqtidar, hökümət üçün lazım olanda atalarını, qardaşlarını öldürürdülər. Bu gün isə, günün tələbinə görə, iqtidara görə ən yaxın dostlar xərclənə bilir. Bu gün Ərdoğanın Davudoğlunu baş nazirlik postundan uzaqlaşdırması,  Osmanlıdan qalan miras kimi, iqtidar üçün lazım olarsa ən yaxın dostlarından belə vaz keçməsini göstərir."

Aparıcının "Davudoğlu adi şəxs deyil, akademik və dərin düşüncəyə malik şəxsdir. Sizcə bu böyük problemlərə yol açmazmı?" sualına Ziya Türkyılmaz "Xeyir, belə deyil. Çünki, Türkiyədə istər AKP olsun. istər digər partiyalar olsun partiya qurucuları öz ən yaxın adamlarını-kuklalarını elə yerləşdirirlərki uzun müddətlik rəhbərliklərini təmin etsinlər", - deyə bildirib.

"50 faizə yaxın səs toplayan bir partiya liderinin partiya qurucusunun istəyilə getməsi əlbəttə normal bir şey deyil və Türkiyə demokratiyası üçün faciədir. Ancaq görürük ki, AKP içində bu faciə bir zəlzələ yaratmayacaq və Türkiyədə qəbul edilən "iqtidar üçün birilərinin qurban verilməsi" anlayışına əsasən xalq bunu nromal qəbul edəcəkdir.", - deyə tanınmış araşdırmaçı yazar əlavə edib.

 Türkiyənin "Rasthaber" portalının baş redaktoru müxaliflərin "bu saray daxili çevrilişdir" fikirlərinə münasibətdə isə deyib: "CHP lideri və digərlərinin bu sözləri doğrudur. Prezidentin bu cür səlahiyyəti olmadığı halda idarə etmə orqanına təzyiqi faciədir."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.