haberL haberR

Zülfüqar Mikayılzadə cümə xütbəsində: “Səudiyyənin məntiqi şeytan məntiqidir...”

Kateqoriya: Ölkə Yayımlama tarixi: 28.03.2015 16:31:08 4012 dəfə oxunub.

Dünən "Həzrət Əbəlfəz Abbas" məscidinin cümə xütbəsində ilahiyyatçı alim Hacı Zülfüqar Mikayılzadə Səud və müttəfiqlərinin Yəmənə təcavüzünü sərt tənqid edib

İslamazeri.az-ın verdiyi xəbərə görə, cümə namazının xütbəsində Hacı Zülfüqar Mikayılzadə Səudiyyənin Yəmənə bomba zərbələri endirməsini sərt tənqid edib: “...Gecə qırıcılarını qaldırıb Yəməndə uşaqları qətlə yetirirlər. “Məntiq”ə baxın? Adını qoyublar müsəlman, İslam ölkəsi. İsrail 50-dən çoxdurki, fələstinliləri qətlə yetirir, zülm edir. Yəhudilər xaricdən gəlib Fələstin torpaqlarını işğal ediblər, öz ölkələrini qurublar, Fələstin xalqına öz dövlətini qurmağa imkan vermirlər. Siz İsrailə qarşı bir şey demirsiz. Neçə illərdir ki, məzlum xalq öz dövlətini qurmaq istəyir, amma siz beynəlxalq aləmdə İsrailə dəstək verirsiz. Bu gün Yəməndə xalq öz hakimiyyətini qurmaq istəyir, sən gecə vaxtı qırıcılarını qaldırasan uşaqları qətlə yetirəsən. Bu hansı məntiqdir? Bu sionist məntiqidr. Bu – şeytanın məntiqidir. İslamın məntiqi elm, maarifdir. Əgər şiədirsə, sünnidirsə öz hakimiyyətini qurmaq istəyirsə, öz seçimlərini etmək istəyirlər. Dünən siz demokratiyadan danışırdız. Nə oldu sizin demokratiyanız? Səudiyyə üçün demokratiya çoxdan ölüb. Uzun illərdir ki, Səudiyyə və ətrafındakı ərəb rejimləri monarxiya ilə idarə olunur. Yəmən xalqı öz iradəsilə, öz istəyilə hakimiyyətini qurmaq istəyir.  Niyə onların balaları şəhid olmalıdır? Təəssüflər olsun, Fars körfəzində neft iyindən məst olmuş ərəb rejimləri gecə qırıcı təyyarələrini qaldırıb cavan uşaqları, körpə balaları və qadınları qətliam edirlər. Bunun arxasında duran nədir? Əlbəttə - məntiqsizlik. Çünki, məntiq silahı onların əlində deyil. Məntiq – Quran və Əhli-beytdir. Yəmən xalqı şiəliyi və Əhli-beyti (ə) müdafiə edir? İslamı müdafiə edir? Çünki, məntiq də bu bayrağı qaldırmışdır”. 

İmam cümə Yəmənə hücumdan əvvəl məscidlərdə törədilən terror aktlarının arxasında da Səudiyyənin olduğunu diqqətə çəkərək deyib: “Xalq qalxıb milyonlarla küçələrə axışıb. Dünən sən terrorla xalqın qarşısını almaq istəyirdin. Məsciddə terrorlar, partlayışlar etdiniz. Amma bununla qabağında dura bilmədiniz. Gecə vaxtı qırıcı təyyarələrlə hücum etdiniz. Bunlar hamısı məntiqsizliyin nəticəsidir. İslam buyurur, hətta Peyğəmbərimiz (s) dedi ki, Hudeybiyədə  müsəlmanlara qarşı silah qaldırmamağa söz vermiyən müşriklərə belə, mərhəmətli olun. Hətta onlara qarşı ədalətli olun dedi. Siz kimlərə qarşı zülmü göstərirsiz? O insanlara qarşı ki, onlar Peyğəmbəri (s) və Əhli-beyti (ə) qəbul edirlər. Hətta heç nə başa düşməyən uşaqlara qarşı zülm göstərdiniz. Bu hansı məntiqdir? Bu İslamın qarşısında duran şeytanın məntiqidir. Bu məntiqə əsasən nəyin vasitəsilə olursa olsun, gərək öz məqsədinə çatasan. Bu şeylər keçmişdə qaldı”.

Hacı Zülfüqar sonra belə deyib: “Yəmən xalqı, Livan xalqı, Suriya xalqı, İraq xalqı öz seçimini etdi. Dünən zəif idilər, bu gün güclüdürlər. Dünən məqsədinizə nail olmaq üçün İraqda vəhşi insanlara dəstək verdiniz, səhvə yol verdiniz. Bu səhvə görə, Allah Təala Əhli-beyt (ə)  yolunu bu xalqlara tanıtdırdı və nə qədər parlaq olduğunu, xilasverici olduğunu çatdırdı. Ona görə də, onlar Əhli-beyt (ə) balalarının ətrafında birləşib o vəhşi –vəhhabiləri öz ölkələrindən təmizləyirlər. Suriyada da belə oldu. Keçmişdə İsrail Livanda “Hizbullah”la müharibə edəndə də, dünya bildi “Hizbullah” kimdir,  İsrail kimdir.  Bu gün də, dünya Yəməndə hamını tanıyacaq. Əgər keçmişinizdən ibrət almamısızsa, bu gün də Allah sizə Əhli-beyt (ə) məntiqinin ucalığını və Allaha bağlılığını göstərəcəkdir. İnsanların qəlbində olduğunu bir daha göstərəcəkdir. Tanımayan insanlara onları tanıdıb və tanıtdıracaqdır. Allahın köməyilə siz bir daha peşman olacaqsınız. Bunlar hamısı düşmənimizin acizliyinin nəticəsidir və bizim məntiqimizin gücüdür. Düzdür məntiqimiz gec nəticə verir, elə də olmalıdır. Çünki, məntiq şüur istəyir, ağıl istəyir. Şüurun gücünün qabağında heç kəs dura bilməz. Onlar görəndə ki, insanlar ağılla qəlblə İslama bağlanıblar, özlərini cihad meydanlarına atırlar, canları bahasına bu dəyərləri qoruyurlar, məcburdular məsciddə terror törətsinlər, məscidə bomba qoyub insanları – müsəlmanları qətlə yetirələr, məcburdular gecə vaxtı həmlə edələr. Peyğəmbər (s) bunu heç bütpərəstə qarşı belə etmədi”.

 İmam cümə  Əbu Süfyan və Müaviyənin cinayətlərinə işarə edərək bu cür deyib: “Peyğəmbər (s) bunların "ağa"ları olan Əbu Süfyanı, Müaviyəni bir çox cinayətlərinə baxmayaraq, bağışlamaq istədi. Əlbəttə ki, onlar bağışlanmadılar. Allahın Rəsulu onları bağışladı ki, geri dönələr, amma onlar bağışlana bilmədilər. Bizim yolumuz da budur. Yolumuz məntiq və mərhəmət yoludur. Dünya xalqları dünən Əhli-beyti (ə) az tanıyırdılar, beynəlxalq aləm Əhli-beyt (ə) məktəbini yaxşı tanımırdı. Sizin bu cinayətləriniz və səhvləriniz nəticəsində dünya bilir ki, Əhli-beyt (ə) kimdir – siz kimsiz. Yəməndə sizin iç üzünüz bir daha açılacaq. Dünya görəcək ki, Əhli-beyt(ə)  məktəbinin şüurundakı nədir, əməlində nə var, sizin şüur və əməlinizdə nə var. Dünya Əhli-beyt (ə) məktəbinin davamçılarını da, sizi də bir daha tanıyacaq. Bu zülmlər sizin axırıncı silahlarınızdır. Bunu da işə salın, görün Allah sizi necə məğlub və rəzil edəcəkdir. Allah düşmənlərimizi xar edib, edəcəkdir”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.