haberL haberR

ABŞ müdafiə naziri İŞİD-lə mübarizə və Rusiyanın aqressiv rəftarı ilə bağlı mühazirə deyəcək (Təfərrüat)

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.09.2016 12:16:51

Pentaqon rəhbəri Türkiyə, Ukrayna və İsraildən olan partnyorları ilə görüşəcək.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ müdafiə naziri Eşton Karter Böyük Britaniyaya olan və bu gün başlayan səfəri zamanı Türkiyə, Ukrayna və İsraildən olan partnyorları ilə görüşəcək.

"Londonda mən Türkiyə, Ukrayna və İsraildən olan çox mühüm partnyorlar ilə ikitərəfli görüşlər keçirəcəm. Onların hər biri ilə müzakirə üçün mənim kifayət qədər mövzum olacaq.", - Pentaqon başçısı ötən gün onu səfərdə müşayiət edən jurnalistlərə bildirib. Təyyarənin bortunda baş tutmuş söhbətin stenoqramını Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bununla yanaşı Karter Oksford Universitetində də çıxış edəcək. Onun sözlərinə görə, o orada "İŞİD terror təşkiatı ilə mübarizə və Rusiyanın Avropa və hər yandakı aqressiv rəftarına qarşı durma da daxil olmaqla, bizim qarşılaşdığımız təcili meydan oxumalar haqqında" danışacaq.

Jurnalistlər nazirdən "Böyük Britaniyanın Rusiyaya təzyiqin göstərilməsi və saksiyalara dəstəyin verilməsindəki rolunu kifayət qədər hesab edirsiniz mi?" sualını soruşublar. Pentaqon rəhbəri cavab verib ki, London Minsk prosesinin qatı tərəfdarı olub.

"Minsk prosesi üçün dayaq olmuş və Rusiyanı onda (Minsk prosesində) tutmağa imkan vermiş anlardan biri Avropa İttifaqının sanksiyalara nisbətdə olan həmrəyliyi olub. Və bu da davam etməlidir. Hətta Böyük Britaniyanın Aİ üzvü olmayacağını da nəzərə alsaq, mən ümid edirəm ki, o öz nüfuzundan Avropa İttifaqı üzvü kimi yox, Avropa ailəsinin bir üzvü kimi bu siyasətin təmin edilməsi üçün istifadə etməyə davam edəcək. Çünki Minsk prosesi mühümdür.", - deyə Karter bildirib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti və Qərb ölkələri Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edir. Rusiya isə bunu inkar edir və bu cür ittihamları qəbuledilməz adlandırır. Rəsmi Moskva dəfələrlə bildirib ki, Ukraynadaxili münaqişənin tərəflərindən biri deyil və ölkənin cənub-şərqində baş verən hadisələrə aidiyyatı yoxdur. Rusiya Ukraynanın siyasi və iqtisadi böhranını dəf etməsində maraqlıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.