haberL haberR

ABŞ polisi 2015-ci ildə 1000 nəfəri öldürüb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 17.11.2015 15:14:55

ABŞ-da polis tərəfindən öldürülənlərin sayı bazar günü Kaliforniyanın Oakland şəhərində öldürülən sonuncu 1 nəfərin ölümü ilə 1000 nəfərə çatıb

İslamazeri.az "Presstv"-ə istinadən xəbər verir ki, bazar günü baş verən sonuncu hadisə artıq 883-cü dəfə polisin qanuna zidd atəş açması nəticəsində baş verib.

Bundan əlavə 47 insan polis tərəfindən döyülmə, 33 nəfər polis nəqliyyat vasitələri ilə xəsarət yetirilmə, 36 nəfər isə polis bölməsində edilən təzyiq nəticəsində həyatını itirib.

ABŞ polisi son illərdə amerikalılara qarşı törətdiyi bu qanunsuzluqlara görə çox tənqid olunur. Xüsusilə ABŞ polisinin afro-amerikanlara qarşı tutduğu mövqe ümummiyyətlə ölkədə qəbul olunmur. Ötən bir neçə ay ərzində ABŞ-ın müxtəlif şəhərlərində polis zorakılığına qarşı etiraz mitinqləri keçirilib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.