AİP lideri vəkillə görüşüb - Karserə salınma səbəbi

Bir müddət öncə sentyabr ayının 26-da keçiriləcək referendumla bağlı mövqeyini ictimaiyyətə açıqlayan, ardınca məhz konstitusiyaya nəzərdə tutulan dəyişikliklərə etiraz olaraq aclıq aksiyasına başlayan Azərbaycan İslam Partiyasının ( AİP) həbsdə olan sədri, ilahiyyatçı alim Hacı Mövsüm Səmədovun vəkili ilə görüşünə icazə verilib.
Bu barədə “İslaminSesi”nə Doktor Səmədovun vəkili Yalçın İmanov məlumat verib. Vəkil bildirib ki, dəfələrlə edilən israrlı xahişlərə baxmayaraq ilahiyyatçı aclıq aksiyasını hələ dayandırmayıb və bu barədə düşünmür. Lakin gələcək günlərdə aclıq aksiyasının dayandırılması haqda qərara yenidən baxa bilər. Yalçın İmanov qeyd edib ki, Hacı Mövsüm Səmədovun səhəttində çox kəskin problemlər yaranıb. İlahiyyatçının aclıq aksiyası ilə əlaqədar təzyiqi aşağı düşüb, ümumi halsızlıq yaranıb və xeyli çəki itirib. Nitqində və hərəkətində müəyyən çətinliklər müşahidə olunur.
Vəkil əlavə edib ki, doktor Səmədov həkim nəzarəti altındadır. Lakin bu nəzərət gündəlik aparılmır. Yalnız iki gündən bir həkimlər siyasi məhbusu müayinə edirlər. Vəkil Yalçın İmanov ilahiyyatçı alimin avqustun 31-dən etibarən karsa salındığını da qeyd edib: “ Aclıq aksiyası etdiyini, dövlətə qarşı təxribatçı çıxışlarını bəhanə gətirərək Hacı Mövsüm Səmədovu karserə salıblar”.
Vəkil Hacı Mövsüm Səmədovla görüşə hansı səbəbdən icazə verilmədiyinə də aydınlıq gətirib: “Həbsxana rəhbərliyi bununla bağlı heç bir izahat verməsə də, guya müvəkkilimin mənimlə görüşmək istəmədiyini səbəb kimi göstərib. Lakin bugünki görüş zamanı doktor Səmədov səslənən arqumenti qəti şəkildə təkzib edib və həbsxana rəhbərliyinin uydurma cəfəngiyyatı adlandırıb”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.