haberL haberR

Ankara: Rusiya Türkiyənin Suriyadakı əməliyyatına etiraz etmir

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.09.2016 17:52:42

Bu bəyanatı İbrahim Kalın bildirib.

İslamazeri.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bu gün bildirib ki, Rusiya Türkiyə Silahlı Qüvvələrinin İŞİD terror təşkilatına qarşı Suriyanın şimalında keçirdiyi əməliyyata etiraz etmir.

"Rusiyanın bizim Suriyanın şimalında İŞİD-ə qarşı keçirdiyimiz əməliyyata qarş prinsipli etirazı yoxdur. Biz Hələbdəki vəziyyətlə bağlı əməkdaşlıq edirik. Hələb üzrə razılığın mətnini biz yaxın günlərdə əldə edəcəyik. Bundan sonra onun həyata keçirilməsinə qoşulacağıq.", - deyə Kalın efirdə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.