ANS ÇM-in iddiasına baxan məhkəmə hakimi dəyişdirildi

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com-un məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS TV-nin baş direktoru Mirşahin Ağayev və şirkətin vitse-prezidenti Seyfulla Mustafayev də iştirak ediblər.
ANS TV-nin nümayəndəsi Raqif Mustafayev prosesdə çıxış edib: "Müzakirə edib qərara gəldik ki, biz sizə etiraz edək. Çünki ötən prosesdə siz bizim bütün konstitusion hüquqlarımızı pozmusunuz. Bizim qaldırdığımız heç bir vəsatəti təmin etmədiniz. Bundan əlavə də bir sıra qanun pozuntuları baş verdi. Yekun qərarınız da aşkar sürətdə qanunsuz olub. Çünki yeni qanunla MTRŞ-nın lisenziyaya xitam vermək səlahiyyəti yox idi".
MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov deyib ki, təqdim olunan arqumentlərin heç bir əsası yoxdur: "Qərarla razı deyillərsə, şikayət versinlər. Hakimə etiraz etməklə işi uzatmaq istəyirlər".
Hakim etiraza baxmaq üçün fasilə elan edib.
Fasilədən sonra hakim Elçin Məmmədov bildirib ki, etiraza sədr tərəfindən baxılıb və təmin olunub. İş Müseyib Seyfəddin oğlu Bayramovun icraatına verilib.
Daha sonra yenidən fasilə elan olunub.
Prosesi davam etdirən Müseyib Bayramov bildirib ki, işlə tanış olmadığı üçün iddia ərizəsinə baxa bilməz. Buna görə də hakim məhkəmə iclasını 9 sentyabr saat 17:35-ə qədər təxirə salıb.
Qeyd edək ki, MTRŞ-nın 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq, “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziya) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək, ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.