haberL haberR

Azərbaycan yığması reytinq cədvəlində geriləyib

Kateqoriya: İdman Yayımlama tarixi: 07.05.2015 14:39:45

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb

Planetin 209 yığmasının yer aldığı siyahıda cüzi dəyişikliklər baş verib.

Buna səbəb son ayda hesabat dövründə rəsmi oyunların sayının az olmasıdı. Lakin dəyişikliklər 28 gündə heç bir matça çıxmayan Azərbaycan yığmasının mövqeyinə də təsir edib.

Belə ki, hesabında 264 xal olan komandamız 116-cı pilləyə enib.

Ötən ay eyni xalla 115-ci pillədə olan yığmamızın geriləməsinə səbəb Sent-Vinsent və Qrenadin olub. Bu komandanın 6 pilləlik irəliləyişi eyni sayda millinin, o cümlədən yığmamızı 1 addım geri salıb.

Millimiz və “qonşuları”
111 (110). Sudan - 288

112 (111). Liviya - 281

112 (111). Sent-Kitts və Nevis - 281

114 (113). Namibiya - 279

115 (114). Kanada - 277

116 (115). AZƏRBAYCAN – 264

117 (117). Keniya - 258

118 (118). Dominikan Respublikası - 257

119 (119). Niger - 252

120 (121). Moldova – 245

İlk “onluq”da heç bir dəyişiklik baş verməyib. Düzdü, Argentina və Braziliya xal hesabını artırmağa nail olub. Lakin bu dəyişiklik onların mövqeyində əksini tapmayıb. Almaniyanın 1-ci olduğu siyahıda Argentina 2-ci, Belçika 3-cü pillədə qalıb.

İlk “onluq”
1 (1). Almaniya – 1687
2 (2). Argentina – 1494
3 (3). Belçika – 1457
4 (4). Kolumbiya – 1412
5 (5). Braziliya – 1372
6 (6). Hollandiya - 1301
7 (7). Portuqaliya – 1221

8 (8). Uruqvay – 1176

9 (9). İsveçrə - 1135
10 (10). İspaniya – 1132

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibi də mövqeyini qoruyub. Bu komandaların xal hesabında da dəyişiklik qeydə alınmayıb.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

13 (13). İtaliya – 1085
17 (17). Xorvatiya – 977
67 (67). Bolqarıstan - 505
70 (70). Norveç - 491
149 (149). Malta – 158

Qeyd edək ki, qonşu Türkiyə yığması hesabında olan 603 xalla 52-ci yerdəki mövqeyini qoruyub.(apasport)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.