Bakıda maşın qəza yerində olan FHN xilasedicilərini vurub - FOTOLAR

Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. APA-nın məlumatına görə, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Şəhər istiqamətində hərəkətdə olan qumla dolu "Mercedes" markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü "KamAZ"a arxadan çırpılıb. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.
Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək FHN-nin 6 əməkdaşını vurub. Yaralılar xəstəxanaya çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralılar 28 yaşlı Vüsal Şabanov, 58 yaşlı Ramiz Şüvərxanov, 46 yaşlı Ziyəddin Yəhyayev və Xətai Məmmədovun vəziyyəti qənaətbəxşdir. Həyatları üçün təhlükə yoxdur. Daha iki yaralı isə ambulator müalicəyə buraxılıb.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Bakıda maşın qəza yerində olan FHN xilasedicilərini vurub - FOTOLAR
Bakıda maşın qəza yerində olan FHN xilasedicilərini vurub - FOTOLAR
Bakıda maşın qəza yerində olan FHN xilasedicilərini vurub - FOTOLAR
Bakıda maşın qəza yerində olan FHN xilasedicilərini vurub - FOTOLAR
Bakıda maşın qəza yerində olan FHN xilasedicilərini vurub - FOTOLAR
Bakıda maşın qəza yerində olan FHN xilasedicilərini vurub - FOTOLAR
Bakıda maşın qəza yerində olan FHN xilasedicilərini vurub - FOTOLAR
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.