haberL haberR

Çernobol AES-in dəmir gümbəzlə örtülməsi üçün maliyyə tapılıb

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 01.05.2015 17:27:27

Ukraynanın Çernobol Atom Elektrik Stansiyası dəmir gümbəzlə örtüləcək

İslamazeri.az-ın “Sputniknews”a istinadən verdiyi xəbərə görə, 29 il bundan öncə Ukraynanın Çernobol şəhərində yerləşən AES-də 4 reaktorundan birində baş verən qəza nəticəsində geniş ərazi radiasiyaya məruz qalıb.

Atom Elektrik Stansiyasının qəzasından sonra üzərində qurulan dəmir beton konstruksiyanın təhlükəli olması səbəbi ilə AES yeni dəmir beton örtüklə üzlənəcək. Bu məqsədlə ötən gün Londondakı xeyriyyə konfransında 530 mln avro vəsait toplanıb.

Yeni üzlüyün ümumilikdə dəyəri 2,1 milyard avroya başa gələcəyi bildirilir. Bu məqsədlə bir neçə ölkə öz yardımını artıq edib və bir neçə ölkə də yardım edəcəyinə söz verib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.