Dini təşkilatların Konstitusiya şikayəti

Şikayətdə "Dövlət əmlakı haqqda" Gürcüstan qanunun dini azlıqlara diskriminasiya şəraitləri yaradan normalarının qeyri-konstitusional hesab olunmasını tələb olunur. Hazırkı norma dini azlıqları Gürcüstanın Həvari Avtokefal Provoslav kilsəsini ilə münasibətdə qeyri-bərabər vəziyyətə salır.
İslamazeri.az xəbər verir ki, Konstitusiya Məhkəməsində şikayətçilərin maraqlarını Tbilisi Azad Universitetinin Konstitusiya Məhkəməsi Klinikası və Tolerantlıq və Rəngarənglik İnstitutu (TDI) təmsil edirlər.
Gürcüstan Həvari Avtokefal Provoslav kilsəsindən başqa, bütün dini təşkilatları dövlət əmlakını aldıqda müxtəlif formalarda maneələrlə qarşılaşırlar (məsələn, dəyişmək, kənd-təsərrüfatı torpaqların privatizasiyası və dövlət əmlakını sahibkarlığa ödənişsiz almaq). Bu isə Gürcüstan konstitusiyası ilə tanınmış qanun qarşısında bərabərlik prinsipləri (14-cü maddə) və sahibkarlıq və irsiyyat hüququ ilə ziddiyyət təşkil edir (21-ci maddə).
Konstitusiya şikayəti ilə "Dövlət əmlakı haqqda" Gürcüstan qanun norması etiraz olunur ki, bu normaya görə, dini təşkilatlardan dövlət əmlakını yalnız Özəl Hüquqlu Hüquqi şəxslər, Gürcüstan Həvari Avtokefal Provoslav kilsəsi ala bilərlər. (dövlət mülkiyyətində olan kənd təsərrüfatı torpaq sahəsinin privatizasiyasından başqa).
Şikayətlə həmçinin İHHŞ statuslu dini təşkilatların kənd təsərrüfatı təyinatlı torpağı privatizasiya yolu ilə almasının mümkün olmaması etiraz olunur.
Qeyd olunan normaların qüvvədə olmalarına görə, İHHŞ dini azlıqlar təşkilatları bu günə qədər əllərində olan əmlakın sahibkarlıq hüququ ilə qeydiyyatdan keçirməsinə nail ola bilmirlər. Dövlət onların yenidənqurulması çərçivəsində belə mülkiyyəti yalnız faydalanmaq hüquqi ilə verir.
Şikayət təmin olunduğu təqdirdə, Gürcüstan Provoslav kilsəsinin Gürcüstan Konstitusiyası ilə zəmanət olunan, qanunla verilən məziyyətləri məhdudlaşdırılan deyildir.
Məhkəmədə şikayətçi tərəf bu təşkilatlardan ibarətdir:
İHHŞ „Ümum Gürcüstan Müsəlmanları Ali Dini Udarəsi“
İHHŞ "Gürcüstan Evanqelçi-Baptist kilsəsi“
İHHŞ "Gürcüstan incil əqdiəli kilsəsi“
İHHŞ "Gürcüstan Evanqelçi – Luteran kilsəsi“
İHHŞ "Gürcüstanda xristiyan ilahi kilsəsi“
Şikayət Tbilisi Azad Universiteti və TDI arasında qoyulmuş memorandum çərçivəsində hazırlanıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.