haberL haberR

Ərdoğan Obamanın Rəqqaya dair bu təklifini qəbul etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.09.2016 09:55:39

Rəqqa 2013-cü ildən bəri terrorçuların nəzarəti altındadır.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Vaşinqtonun Suriyanın Rəqqa şəhərinin İŞİD terror təşkilatı silahlılarından azad edilməsi üzrə birgə əməliyyat haqda təklifini qəbul etməyə hazırdır.

"İŞİD-in əsas mərkəzi Rəqqadır. ABŞ prezidenti Barak Obama mənə deyib ki, bizlə birlikdə Rəqqa ilə nə etmək istəyir. Biz cavab verdik ki, biz tərəfdən heç bir problem yoxdur. Biz təklif etdik ki, bizim hərbçilər toplansın və bunu necə etməyə dair məsələni müzakirə etsinlər.", - deyə Çinin Xançjou şəhərində keçirilmiş G20 sammitindən qayıdan Ərdoğan təyyarədə jurnalistlərə bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyə "regionda mövcud olduğunu göstərməlidir" və "geriyə addım atmağa" haqqı yoxdur.

Türkiyə lideri həmçinin bildirib ki, Ankaranın Vaşinqtonla Suriyanın şimalında əməliyyat keçirməsində bir problemi yoxdur.

Xatırladaq ki, Türkiyə ordusu avqust ayının 24-ü Suriyanın şimalında yerləşən Cərablus şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyata başlayıb. Əməliyyatın adı "Fərat Qalxanı"dır. Bununla yanaşı Ankara Suriyanın kürd dəstələrinə qarşı əməliyyatı da davam etdirir.

Rəqqa 2013-cü ildən bəri terrorçuların nəzarəti altındadır. Terrorçular burada "xilafətin" idarə orqanlarını yaradıb və şəhəri öz paytaxtları elan ediblər.

Rəqqaya hücumu "Suriya Demokratik Qüvvələri" edir. SDQ-in əsasını YPG kürd dəstələri təşkil edir. Onları havadan beynəlxalq koalisiyanın aviasiyası dəstəkləyir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.