Ərdoğan: Türkiyənin ABŞ-la Suriyanın şimalında əməliyyat keçirməsində heç bir problem yoxdur

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara rəsmi Vaşinqtonla Suriyada "Fərat Qalxanı" əməliyyatının keçirilməsi ilə əlaqədar əməkdaşlıqla bağlı heç bir çətinlik çəkmir.
"ABŞ-la Ər-Raidə (Suriyanın şimalı, Hələb əyaləti) işləmək bizim üçün çox rahatdır. Biz Cərablusda əməkdaşlıq edirik və etməyə də davam edirik.", - deyə Çinin Xançjou şəhərində keçirilmiş G20 sammitindən qayıdan Ərdoğan təyyarədə jurnalistlərə bildirib.
O, əlavə edib ki, 40 kilometr enindəki Suriya-Türkiyə sərhədi boyunca uzanan 95 kilometrlik səhənin İŞİD terror təşkilatından azad edilməsi üzrə birgə əməliyyat planı hələ ötən ilin noyabr ayında müzakirə edilmişdi.
Xatırladaq ki, Türkiyə ordusu avqust ayının 24-ü Suriyanın şimalında yerləşən Cərablus şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyata başlayıb. Əməliyyatın adı "Fərat Qalxanı"dır. Bununla yanaşı Ankara Suriyanın kürd dəstələrinə qarşı əməliyyatı da davam etdirir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.