"Gördüm ki, İmam Zaman (ə.f.) sinə vuranların arasında sinə vurur"
Kateqoriya: İslam
Yayımlama tarixi: 31.10.2014 15:57:19
7108 dəfə oxunub.

Onlar bilmirlər ki, bu haqda çox sayda hədis gəlib çatmışdır. Din alimləri İmam Zaman ağanı (ə.f) sevindirmək istəyənlərə buyururlar ki, İmam Hüseyn (ə) müsibətinə ağlamaq sizi Həzrətin (ə.f) sevimlisi edə bilər.
Mərhum Seyyid Bəhrul-ulum Aşura günü bir neçə tələbəsi ilə bir yerdə Kərbəlada sinə vuranlara qoşulur və mərsiyə deyirdi. Tələbələr anidən görürlər ki, bu böyük alim əbasını, əmmaməsini çıxardıb başqa sinə vuranlar kimi yüngül paltarla sinə vurmağa başladı. Bu halda özünü sinə vuranların arasına atdı və sinəsinə, üzünə vurmağa başladı. Onunla bir yerdə gələn tələbələr müəllimlərinə mane olmağa çalışdılar, ancaq bacarmadılar. Nəhayət bir dəstə tələbə alimi əhatəyə alıb onu qorumağa başladılar ki, birdən kiminsə ayağı və ya əli ona dəyib narahat edər. Sinə vurma mərasimi sona çatan zaman tələbələr alimdən bu hərəkətinin səbəbini soruşdular. Alim deyir: “Sinə vuranlara çatan zaman gördüm ki, Həzrət İmam Zaman (ə.f) başı və ayaqları yalın halda sinə vuranların arasında sinə vurur və ağlayır. Mən taqət gətirmədim və özümü unutdum. Həzrətin (ə.f) xidmətində dayanıb onun kimi sinə vurmağa başladım”./ahliman.info/
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.