İmam cümə: "İmam Zamanın (ə.f) varlığını sual altına aparan düşmənlərlə əməkdaşlığımız yoxdur"

İslamazeri.az “Fars” informasiya agentliyinə istinadən xəbər verir ki, Tehranın bu həftəki cümə xətibi Ayətullah Məhəmməd İmami Kaşani olub.
Ayətullah Kaşani sözlərinin əvvəlində Ayətullah Xameneinin sözlərinə istinad edərək bildirib: “Mütəal Allah İmam Xomeynidən sonra bizə böyük nemət olan Ayətullah Xameneini bəxş edib. Bizim inqilabımız digər inqilablardan fərqlidir. İnqilabımızın sütunları ilahi və mənəvi məsələlərə söykənib. Rəhbərimizin İmam Xomeynilə bağlı çıxışı həqiqətən dəyərli idi. İmam Xomeyni barədə deməliyəm ki, onun hər bir addımı mənəviyyat üzərində qurulmuşdu. Onun xüsusiyyətlərindən biri Allahla və ixlaslı olmasıdır. Namaz qılmaq və Allaha diqqət etmək onun vücudunun bir parçası olmuşdu. İmam Xomeyninin əməli təhrif oluna bilməz. Təhrif olunan onun düşüncələridir. Düşmən müqabilində onun əməli bəlli idi. O həzrət daim vəhdətə, düşməni tanımağa və müsəlmanlar arasında ixtilafın yaradılmasının qarşısını almağa çalışırdı. Bütün bunları heç kim təhrif edə bilməz. İmam Xomeyni hər zaman xalqın iqtisadi problemlərinə xüsusi diqqət ayırardı. Ölkəmizin önündə olan daşlı bölgədən keçməliyik. Nüvə enerjisi ilə bağlı düşdüyümüz çətin vəziyyətlərdən çıxmaq üçün Allahın yardımlarına ümidimiz var”.
O sözlərinin davamında belə bildirib: “Bizim Ərəbistan neftinin pulu ilə dolanan və İmam Zamanın (ə.f) varlığını sual altına aparan düşmənlərlə əməkdaşlığımız yoxdur. Lakin ölkə daxilində və ya xarici universitetlərdə bəziləri söhbət edərək İran İslam Respublikası ilə müxalif olduqlarını və vilayəti-fəqih nəzəriyyəsi nəticədə İmam Zamanın (ə.f) vücudunu qəbul etmədiklərini bildirirlər. Hədislərə əsasən, vilayətə sahib olan fəqih (vəliyyi-fəqih) imamın naibidir və vəliyyi-fəqihin olduğu bir dövlət vilayətə və İslama uyğun hakimiyyətə sahib olacaq. İran İslam Respublikasının bünövrəsi Quran ayələrinə əsasən qoyulub. Bəziləri İmam Zamanın (ə) vücudunu sual altına aparır, lakin bilməlidirlər ki, İran İslam Respublikası vəliyyi-fəqihi olan Ayətullah Xamenei ilə birlikdə İmam Zamanın (ə.f) beynəlxalq respublikasına qoşulacaq".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.