haberL haberR

"İmam Zamanın gizli əsgərləri" qrupunun həbs etdiyi terrorçular etiraf etdilər

Kateqoriya: Region Yayımlama tarixi: 24.06.2016 12:21:25

İranda saxlalınan terroçular dəstək aldıqları ölkələrin adlarını dilə gətiriblər

İslamazeri.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə əsasən, İranın İnqilab Keşikçilər Korpusunun quru qüvvələr komandiri general Məhəmməd Pakpur, bir neçə gün öncə saxlanılan terrorçular barədə açıqlama verib.

“Saxlanılan terrorçulardan biri ciddi şəkildə yaralanmışdı və bununla da həyatını itirdi. Terrorçular ölkədə olan planlarını və ABŞ-la Səudiyyə Ərəbistanının onlara verdiyi dəstəyi etiraf ediblər. Bu barədə yaxın gələcəkdə məlumat veriləcəkdir. Adı çəkilən 2 ölkə, ölkə sərhədlərində olan terrorçulara və inqilab əleyhinə olan qüvvələrə, nüfuz edə bilmələri üçün dəstək verirlər. Müxtəlif silahlarla şəhərlərimizi hədəfə alan bu qruplaşmalar, "İmam Zamanın gizli əsgərləri" adlı xüsusi təyinatlı qrup tərəfindən zərərsizləşdirilirlər.”, - deyə general Məhəmməd Pakpur bildirib.

Qeyd edək ki, bir müddət öncə terrorçular əleyhinə keçirilən əməliyyatın videosu mediaya təqdim edilmişdi ətralı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.