haberL haberR

İqtisadçıdan problemli kreditlərin həcminin artmaması üçün çıxış yolları

Kateqoriya: Ölkə Yayımlama tarixi: 06.09.2016 16:42:29

Dolların manata nisbətən həm rəsmi, həm də bazar məzənnəsinin yüksəlməsi xarici valyutada olan kreditlərin ödənilməsinə təsirsiz ötüşmür.

Bu eyni zamanda, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır. Bizimyol.info xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib. Onun sözlərinə görə, güman olunur ki, dolların bahalaşması problemli kreditlərin həcmini daha artıracaq. İqtisadçı sözügedən məsələnin həlli üçün fikir irəli sürüb. O, ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif edib.

"Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu", - deyə bildirən V.Bayramov bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu proqram çərçivəsində kreditlərin re-struktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması, o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür. "Nəticədə bu ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər", - deyə ekspert bildirib.

"Bu proqram ilə bağlı təkliflərimi artıq hökumətə təqdim etmişəm və inanmaq istərdim ki, bu istiqamətdə fəaliyyət güclənəcək",-deyə Bayramov sonda qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.