haberL haberR

İran “İslami Cihad”-ı hər il 70 milyon dollar həcmində maliyyələşdirəcək

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.05.2016 14:44:50

İran Fələstinin “İslami Cihad” hərəkatına etdiyi maliyyə yardımını yenidən başlatmaq niyyətindədir

İslamazeri.az-ın FİM-ə istinadən verdiyi xəbərə görə, illik yardımın həcmi 70 milyon dollardır.

“Əl-Şərq əl-Ausət” qazeti yazır ki, Tehran bu qərarı təşkilatın baş-katibi Ramadan Şalahla Tehranda keçirdiyi görüşdən sonra qəbul edib. Şalah, Tehranda İran siyasi və hərbi idarələri ilə bir sıra görüşlər keçirib, xüsusən də İslam İnqilabı keçikçilərinin elit korpusu “əl-Qüds” hissəsinin komandanı general Qasim Süleymani ilə.

Şalah Tehranda bildirib ki, öz siyasi maraqlarını güdən ərəb ölkələrindən fəqli olaraq, İran intifada və ölənlərin ailələrini dəstəkləməyə davam edən yeganə ölkədir.

Xatırladaq ki, İran son iki il ərzində “İslami Cihad” hərəkatını maliyyələşdirmirdi. “İslami Cihad” HƏMAS kimi milli-azadlıq hərəkatıdır və onun hədəfi Fələstin xalqının haqlarının bərpası və paytaxtı Yerusəlim olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.