İran Kəşfiyyat naziri: 1500 gənci İŞİD-ə qoşulmaq fikrindən daşındırdıq
"İrandan İŞİD-ə qoşulmaq istəyən 1500 gənc bizim mütəxəssislərin səyi nəticəsində fikrindən daşınıb"

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə əsasən, bu sözləri ölkənin Kəşfiyyat - məlumat və təhlükəsizlik naziri Seyid Mahmud Ələvi bildirib.
“Təhlükəsizlik qüvvələrimiz, İŞİD tərəfindən cəlb olunmağa cəhd olunan gəncləri aşkarlayaraq, onları fikirlərindən daşınmaq və yanlış qərar verdiklərinə inandırmaq üçün çalışırlar. İŞİD-ə qoşulmaq istəyən 1500 gənci Quran və Peyğəmbərin (s) sünnəsindən istifadə edərək, fikirlərindən daşındıra bilmişik. Rəhbərimiz də bu mövzuda tapşırıq verib.”, -deyə nazir əlavə edib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.