İran XİN-i AİP lideri ilə bağlı baş verənlərə münasibət bildirib

İslaminSesi İran mediasına istinadən bildirir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun aclıq aksiyasından narahatlığını bildirərək Azərbaycan hökumətinə tövsiyə edib ki, həqiqi müsəlmanlara dəyər verərək radikal vəhhabi qruplara şərait yaratmasın.
İran XİN sözçüsü Bəhram Qasimi bütün ölkələrin, o cümlədən qonşu ölkələr və digər ölkələrin bütün daxili məsələlərinin özlərinə aid olduğuna və İran İslam Respublikasının heç bir müdaxilə etmədiyinə toxunaraq bu ölkənin həqiqi müsəlmanlarına dəyərin verilməsini istəyib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib: "Hər bir ölkədə müsəlmanlarla əlaqədar, təsəvvür budur ki, əgər müsəlmanlar hər bir ölkənin qanuni parametrləri çərçivəsində fəaliyyət göstərirlərsə, bir qayda olaraq onlarla sərt davranılmamalıdır. Çünki belə davranışlar qeyri-münasib sonluqla nəticələnir. Onun nəticəsi radikal qrupların yaranması və inkişaf etməsidir".
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü şimal qonşunun rəsmilərinə də diplomatik tövsiyə edib.
"Bizim Azərbaycan Respublikası rəsmiləri və hər bir başqa ölkənin rəsmilərinə tövsiyəmiz budur ki, öz ölkəsinin qanunları çərçivəsində dini fəaliyyət göstərən müsəlmanlara fəaliyyət etmək icazəsi versinlər və bu yolla təkfirçi və radikal hərəkətlərə mane olsunlar", - deyə Qasimi əlavə edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.