haberL haberR

İranlı general İmam Zamanın zühurundan danışdı

Kateqoriya: Region Yayımlama tarixi: 06.02.2016 16:40:06

"Zühur zamanı imamın əsas düşmənləri..."

“ Zühur zamanı imamın əsas düşmənləri, məhz islamın daxilində yer alan düşmənlər olacaqdır.”

İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə əsasən, bu sözləri İran ordusunun generallarından olan, SEPAH-ın komandanı Məhəmmədəli Cəfəri deyib.

Suriya müharibəsində İranın rolundan danışan İranlı general Suriyadakı döyüşün müqavimətlə düşmənin döyüşü olduğunu bildirib.

O daha sonra: “Bəziləri Suriyada gedən savaşın bizə aidiyyatı olmadığını və daxili bir məsələ olduğunun deyirlər. Onlar necədə sadəlövhdürlər. Çoxları bilir ki, Suriyanı müdafiə etmək islami müqaviməti müdafiə etməkdir. Rəhbərimiz hərəmin müdafiəsində şəhid olanlaın ailələri ilə görüşdə bildirdi ki, bu müdafiə gərçəkləşməsə, təhlükə bizim sərhədlərə gələcəkdi. Ölkənin təhlükəsizliyi üçün sərhədlərdən çox uzaqda savaşmaq çox əhəmmiyyətlidir. Zühur zamanı imamın əsas düşmənləri, məhz islamın daxilində yer alan düşmənlər olacaqdır”, - deyə bildirib.

 Muhəmmədəli Cəfəri ölkəsinin sərhədləri ətrafında heç bir təhlükənin olmadığını vurğulayıb.

Livan və Fələstindəki döyüşlərə işarə edən general deyib: “Livan və Fələstin müharibələri göstərdi ki, yüksək səviyyədə silahlanmış düşmən belə islami müqavimətin qarşısında dayana bilməz. İslam inqilabı davam etdiyi müddətcə düşmənin hiylələrinin şahidi olacağıq. Bütün bunlara baxmayaraq ilahi lütf bizimlədir. Rəhbrimizin əmrlərinə itaət edəcəyimiz zamana qədər qələbə bizimlədir. Düşmən bizimlə bir başa olaraq bacara bilmədiklərini görüb, vəhabilərə əl ataraq İŞİD və digər saxta islami hərəkatları yaratdılar.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.