İraq məclisinin üzvü: Qasim Süleymani olmasaydı Bağdad ələ keçirilmişdi
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 07.05.2016 14:08:00

İslamazeri.az-ın İran medaisına istinadən verdiyi xəbərə görə, İraq parlamentindəki "Bədir" fraksiyasının üzvü Naci Muhəmməd İraq parlamentinin "yumşaq yolla" ələ keçirilməsi zamanı İran əleyhinə səsləndirilən şüarların Səddam tərəfdarlarının təxribatı olduğunu bildirib.
"Təəssüf olsunki, "duzu yeyib duz qabını sındıran" az sayda kəsim, İran İslam Respublikasının haqqını yerinə yetirmir. Onların səsləndirdikləri şüarlar, təkcə özlərinə aiddir. İraq xalqı Vəliyyi Əmri Müsliminə (red: Müsəlmanların rəhbərinə) hörmət edir, İranın verdiyi dəstəklərə görə də, təşəkkürlərini ərz edir. Əgər iranlılar olmasaydı, əgər general Qasim Süleymani kimilər olmasaydı, inanın Bağdadı İŞİD ələ keçirmişdi. Əgər İran İnqilab Keşikçiləri Korpusunun dəstəyi olmasaydı, bir hərbi əməliyyat keçirmək mümkün olan deyildi.", - deyə İraq parlamentindəki "Bədir" fraksiyasının üzvü Naci Muhəmməd bildirib.
Parlamentdəki təxribatçıların cavabının veriləcəyini də qeyd edən parlament üzvü deyib: "Təbii ki, bu cür alçaq aksiyalar fiaskoya məhkumdur, hədəflərinə çata bilməyəcəklər. Çünki, bundan əvvəl də, İrana qarşı qurulan daha böyük layihələr boşa çıxmışdı. Səsləndirilən şüarlar İran və İraq arasındakı çoxyönlü əlaqələrə ən kiçik təsir etməyəcək qədər önəmsizdir. İraq həmişə İran üçün dost və qardaş ölkədir."
"İrana qarşı səsləndirilən şüarların arxasında devrilən Bəəs Partiyası və Səddam tərəfdarları var. Çünki onlar İraqın bəzi bölgələrini işğal edən Bəəs-təkfirçi qruplaşmalarla mübarizədə İranlı hərbi müşavirlər və özəlliklə General Süleymaninin qazandığı qələbələrdən xəbərdardırlar.", - deyə Naci Muhəmməd əlavə edib.
Onun sözlərinə görə, səsləndirilən şüarlarla "Sədr" hərəkatı və sədri Müqtəda Sədrin heç bir əlaqəsi yoxdur: "Hər kəs bunu bilməlidir ki, Məhəmməd Baqir Sədr həyatının ən yaxşı dönəmini İran İslam Respublikasının qələbəsilə üst-üstə düşən illər olaraq dəyərləndirmişdir."
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.