haberL haberR

İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 07.09.2016 16:41:22

ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.
İslamazeri.az “Sumaria”-ya istinadən xəbər verir ki, ölkənin könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) də bu əməliyyatda iştirak edəcəyini vurğulayan Heydər əl-İbadi bildirib: “Bizim Mosula daxil olmağımızdan hədəfimiz bu şəhərin azad olunmasından daha çox, xalqımızı xilas etməkdir. Həşd əş-Şəbi üzvləri də bu əməliyyatda iştirak edəcək. Şəhərin azadlığı siyasi həll yoluna bağlıdır. Biz Neynəva şəhərinin nüfuzlu şəxsiyyətləri ilə əlqə yaradaraq, şəhərin idarə olunması üçün onlara daha çox ixtiyar verəcəyimizi bildirmişik.”
Qeyd edək ki, rəsmi Vaşinqton İraqın könüllü xalq dəstələrinin Mosul əməliyyatında iştirakından narazıdır.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.