haberL haberR

İŞİD-ə 500 nəfər üzv toplayan şəxsə hökm oxunacaq

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.09.2016 15:20:16

Müttəhimlər kürsüsündə əyləşən Ancəm Çodaridir.

İslamazeri.az-ın "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, bu gün Böyük Britaniyada İŞİD terror təşkilatının işğal etdiyi ərazilərə azı 500 "yeni terrorçu" göndərmiş İŞİD-in adam toplayanının işi üzrə qərar çıxarmalıdır.

Müttəhimlər kürsüsündə əyləşən Ancəm Çodaridir. Ona qarşı hökm London Mərkəzi Cinayət Məhkəməsi "Old Beyli"-də oxunacaq.

Xatırladaq ki, 49 yaşlı Çodari, həmçinin onun 33 yaşlı cinayət yoldaşı Muhəmməd Mizanur Rəhman avqust ayının ortasında İŞİD beynəlxaq terror təşkilatına üzv toplamaqda günahkar bilinibilər.

Onların hər biri 10 il azadlıqdan mərhum edilə bilərlər. Hüquq mühafizə orqanlarının məlumatına əsasən, Çodari və Rəhmanın azı 500 Böyük Britaniya vətəndaşının Suriya və İraqa göndərilməsində əlləri var.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.