"İŞİD-in maliyyə qaynaqları etibarlı əllərdədir"

İslamazeri.az-ın "Habersol"a istinadən verdiyi xəbərə görə, "The New York Times" İŞİD-in maliyyə qaynaqlarının sağlam olduğunu bildirərək, təşkilatın gündə 1 milyon dollar gəliri olduğunu açıqladı.
"The New York Times"ın xəbərinə görə, İŞİD təşkilatı gün ərzində xərrac və vergilərdən 1 milyon dollar gəlir əldə edir və İraq hökumətinə işləyənlərin yarısından çoxunun maaşlarına əl qoyulub. Ümumilikdə, il ərzində ən az 300 milyon dollar vergi və xərac alındığı qeyd olunur.
İŞİD-in neft və banklardan gələn pulun azalmasından sonra sahibkarlardan da 20 % vergi almağa başladığı, 2014-cü il ərzində 600 milyon dollar vergi və xərracdan, 500 milyon dollar ələ keçirilən banklardan, 100 milyon dollar neftdən və 20 milyon dollar fidyədən gəlir əldə etdiyi bildirilib.
Neft infrastrukturunun zərər görməsi nəticəsində neft gəlirinin həftədə 2 milyon dollara qədər gerilədiyi, həmçinin, təşkilatın ən böyük xərcinin də maaşlar olduğu qeyd olunur. Maaşların ayda 3 milyon dollar ilə 10 milyon dollar arasında olduğu və eyni zamanda təşkilatın media və məhkəmələrə də pul ayırdığı vurğulanır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.