haberL haberR

İŞİD maliyyə və kadr böhranı keçirir

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 28.04.2016 10:03:59

İŞİD xəvaric-təkfirçi qruplaşmasına qoşulmaq istəyənlərin sayı nəzərə çarpacaq dərəcədə azalıb

İslamazeri.az-ın "RT"yə istinadən verdiyi xəbərə görə, İŞİD terror təşkilatı ağır iqtisadi və nəzərə çarpan döyüşçü çatışmazlığı keçirir.

Terrorçuların maliyyə problemləri o qədər ciddidir ki, təşkilat başçıları terrorçulara elektrik enerjisinə qənaət etməyi və onlara verilmiş avtomobilləri sırf hərbi əməliyyatlar üçün istifadə etməyib tapşırıblar.

Palmiradan tapılmış sənədlərə əsasən, terrorçuların cərgələrindən ciddi döyüşçü çatışmazlığı var. Təşkilata qoşulmaq istəyən könüllülərin sayı isə günü-gündən azalır.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq anti-İŞİD koalisiyasına komandalıq edən şəxsin müavini Piter Gerstenin sözlərinə görə, əgər cəmi bir il əvvəl terror təşkilatının sıralarına hər ay 2 minə qədərə insan qoşulurdusa, hazırda bu rəqəm 200 nəfərdən çox deyil.  

Xatırladaq ki, daha əvvəl xəbər verilmişdi ki, İŞİD-in sıravi döyüşçüləri hərbi əməliyatlarda iştirak etməmək üçün təşkilat başçılarına saxta tibbi arayışlar təqdim edirlər. Və İŞİD sıralarındaki fərarilik haqda olan xəbərlərin sayı günü-gündən artır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.