haberL haberR

İspaniyada İŞİD-i maliyyələşdirməkdə ittiham olunan iki qardaş saxlanılıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.07.2016 10:12:48

on 4 ildə isə saxlanılanların ümumi sayı 170-dən çoxdur

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, İspaniyanın vətəndaş qvardiyası İŞİD terror təşkilatının maaliyyələşdirilməsində ittiham olunan iki qardaşı tutub.

İdarənin saytında bildirilir ki, saxlanılanlar İspaniyanın şimal-qərbində Jiron şəhərində yaşayan əslən mərakeşli iki qardaşlardır. Onlar terrorizmin maaliyyələşdirilməsində və terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunurlar. Həmçinin bildirilir ki, onların bir qardaşları da var ki, o da yoldaşı və uşaqları ilə birlikdə Suriyaya gedib və orada da ölüb.
Cari ilin əvvəlindən İspaniyada terror fəaliyyətində, terrorçular ilə əlaqədə və radikal ideaların yayılmasında şübhəli bilinən təxminən 30 nəfər saxlanılıb.
2015-ci ildə İspaniyada terrorçular ilə əlaqədə şübhəli bilinən yüzdən çox insan saxlanılmışdı. Son 4 ildə isə saxlanılanların ümumi sayı 170-dən çoxdur.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.