haberL haberR

Mağazalarda bu məhsulların qiyməti kəskin bahalaşdı - CƏDVƏL

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 07.09.2016 11:44:54

Ərzaq məhsullarındakı qiymətin bahalaşmasını satıcılar ABŞ valyutasının manat qarşısında möhkəmlənməsi ilə əlaqələndirirlər.

Azərbaycanda dolların manat qarşısında hər gün bahalaşması ərzaq mallarına təsir edib.

Baku.ws-in əməkdaşının paytaxt mağazalarında apardığı müşahidələrdən məlum olur ki, satışda olan əksər məhsulların qiyməti son 1 ay ərzində artıb.

Satıcılar bildirir ki, son bir ayda hiss olunacaq dərəcədə bahalaşma müşahidə olunub. Ərzaq məhsullarındakı qiymətin bahalaşmasını satıcılar ABŞ valyutasının manat qarşısında möhkəmlənməsi ilə əlaqələndirirlər.

Mağazalara ərzaq tədarük edən şirkətlər qiymətlərin dəyişəcəyi ilə bağlı artıq marketlərə xəbərdarlıq edib. Xüsusilə, parfumeria və gigiyenik vasitələrin qiymətində yaxın günlərdə artım qeydə alınacaq. Ölkədə yumşaq devalvasiyanın hələ bir müddət də ərzaq məhsullarının qiymətinə təsir edəcəyi gözlənilir.

İslamazeri.az

Mağazalarda bu məhsulların qiyməti kəskin bahalaşdı - CƏDVƏL

/haberimaj/habergaleri/1A7M0V0X9I7M.JPG
  1. Mağazalarda bu məhsulların qiyməti kəskin bahalaşdı - CƏDVƏL

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.