haberL haberR

Maliyyə hesabatı verməyən partiyalar məlum olub

Kateqoriya: Ölkə Yayımlama tarixi: 13.08.2015 16:26:29

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, ümumilikdə 51 partiya illik maliyyə hesabatını təqdim edib

Azərbaycanda rəsmi qeydiyyatdan keçən partiyalardan illik maliyyə hesabatı verməyən partiyalar məlum olub.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, ümumilikdə 51 partiya illik maliyyə hesabatını təqdim edib.

4 partiya isə illik maliyyə hesabatını təqdim etməyib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası.

Qeyd edək ki, bu il qanunvericilikdə edilən dəyişikliyə əsasən, Azərbaycandakı siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim edir.

  (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.