haberL haberR

Mərakeşdə günəş enerjisi ilə işləyən məscidlər tikiləcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.09.2016 14:26:04

Tikinti alman şitkətləri ilə əməkdaşlıqla aparılacaq.

İslamazeri.az-ın "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, Mərakeş hakimiyyəti ölkədə bərpa olunan enrji mənbələrinin hesabına işləyən 600 məscid tikmək niyyətindədir.

Maraqlıdır ki, bu irimiqyaslı layihəni arıtq qarşıdan gələn 3 il ərzində həyata keçirmək planlaşdırılır.

Tikinti alman şitkətləri ilə əməkdaşlıqla aparılacaq. Beləliklə Mərakeş hakimiyyəti əhalinin diqqətini cəlb etməyə, həmçinin əhalinin bərpa olunan enerjinin üstünlükləri haqqında olan məlumatını artırmağa ümid edir.

Plana əsasən, günəş batareyaları ilə işləyən ilk 100 məscid cari ilin sonuna qədər hazır olacaq.

"Məscidlər Mərakeşdəki ictimai həyat mərkəzlərindən biridir. Enrjisaxlayan texnologiyaların ibadət yerlərində istifadə edilməsi sakinlərin ətraf mühitin mühafizəsi haqda düşünmələri üçün ciddi "təkan" verəcək.", - deyə layihənin baş mühəndisi Yan-Kritof Kuntz qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.