haberL haberR

Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı

Kateqoriya: Dünya Yayımlama tarixi: 01.09.2015 17:33:02

Məşhur Kanada jurnalı hicab məhbusu Hacı Abgül Süleymanov haqqında məqalə yazıb

İslamazeri.az xəbər verir ki, məşhur Kanada jurnalı “Crescent International”-da Hacı Abgül Süleymanov haqqında məqalə dərc olunub.

Hacı Abgül Süleymanovun həbsinin 4-cü ilinə həsr olunan  “Şeyx Abgül Süleymanov - Azərbaycanın əsl ictimai-siyasi etalonu” adlı məqalədə onun 2011-ci ildə saxta ittihamlarla - silah və narkotik gəzdirmə ittihamları ilə həbs olunduğu qeyd olunur.

Jurnalda yazılır ki, öz fikirləri və cəlbedici nitqi ilə böyük nüfuz qazanan Hacı Abgül dövlət tərəfindən xüsusi təhlükə olaraq görülüb. Onun həbsi də sırf bununla əlaqələndirilib. Müəllif Hacı Abgül Süleymanovu Azərbaycan cəmiyyəti üçün ictimai-siyasi etalon hesab edir və Azərbaycanda baş verən proseslərin hakimiyyətin gec-tez onu azad edəcəyindən xəbər verdiyini qeyd edir.

“Crescent International” jurnalının əsası 1970-ci ildə Kanadanın Toronto şəhərində Lətif Üveysi və həyat yoldaşı Zahidə Üveysi tərəfindən qoyulub. Jurnal İrandakı İslam İnqilabından sonra Kəlim Siddiqinin redaktorluğu ilə dünya müsəlmanlarının jurnalı kimi nəşr olunmağa başlayıb. 1996-cı ildə Kəlim Siddiqinin vəfatından sonra jurnalın redaktorluğunu London Müsəlman İnstitutunun direktoru Zəfər Bənqaş edib.
Jurnalın müsəlman ölkələrində anonimliklərini saxlayan xüsusi müxbirləri vardır. “Crescent International” jurnalı 2010-cu ilin yanvar ayının 4-də online formatında xidmət göstərməyə başlayıb və burada tez-tez- müsəlman ölkələrində islamın və islam alimlərinin vəziyyəti ilə bağlı məqalələr dərc olunur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.