haberL haberR

Möhsün Qiraəti: Onlar amerikasayağı Həccin tərəfdarlarıdır

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.09.2016 11:51:42

İranın tanınmış ruhanisi Səud rejiminin cinayətlərini tənqid edib.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Səud rejimini sərt şəkildə məhkum edən höccətül-islam Möhsün Qiraəti bildirib: “Səud rejimi Quran hafizlərini (Quran əzbərləyən - red.) yetişdirməyə həvəslidir. Deyirlər ki, Hicazda 20 minə yaxın Quran hafizi var. Quran hafizi yox, Quran mühafizi (qoruyucusu -  red.) yetişdirmək lazımdır. Mümkündür ki, bir nəfər Quranı əzbər bilsin, lakin həm də ABŞ-a işləsin. Quranı oxuyub, Əhli-beytə (s) sahib olmayanların aqibəti Kərbəlada olan Yezidin bəzi adamlarının aiqbəti kimi olacaqdır. Onlar da Quranı bülbül kimi əzbər bilirdilər, lakin Əhli-beytin qatili oldular. İmam Xomeyni (r) dedi ki, biz hamıdan keçərik, lakin Səud rejimindən əsla! Allah Səud rejiminə lənət etsin ki, bizi Həccdən məhrum edib. Onlar amerikasayağı Həccin tərəfdarlarıdır. Amerikalılar iranlıların Həccdə toplaşmasının əleyhinədir. ABŞ-a lənət deməyən milyonlarla müsəlman həccə getsin, lakin bu ölkəyə lənət edən min nəfərə mane ol. Budur Amerikan Həcci. Düşmən bizdən qorxmursa, deməli, düzgün və xalis İslama qulluq etmirik!”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.