haberL haberR

"Nücəba" hərəkatı: Bərzani Kürdüstanda İsrailin istədiyi dövləti qurmaq istəyir

Kateqoriya: Region Yayımlama tarixi: 28.08.2016 15:08:04

İran parlamentinin spikeri Əli Laricani İraqın “Nücəba” müqavimət hərəkatının rəhbəri ilə görüşüb

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən,Höccətülislam vəl muslimin Əkrəm əl-Kəbi Laricani ilə görüşdə bölgədə olan vəziyyəti təhlil edərək bildirib: “Allahın köməyi ilə İŞİD-in əlində olan ərazilərimizin çoxu təmizləndi. Bu məsələdə İranın da xüsusi rolu olmuşdur. Mən İran xalqına və əziz rəhbərinə bizə dəstək olduqları üçün minnətdarlığımı bildirirəm. Hazırda İŞİD üzvləri Mosulda və əl-Ənbar səhrasından başqa heç yerdə yoxdular. Mosul əməliyyatı sözün əsil mənasında ABŞ və Barzaninin partiyası ilə savaşmaq deməkdir. Barzani İraqın Kürdistan əyalətində İsrailin istədiyi bir dövlət qurmaq niyyətindədir.”

Suriya böhranına  da toxunan əl-Kəbi  “Nusra cəbhəsi” Qətər tərəfindən dəstəklənir, lakin Ərəbistan və ABŞ-da öz dəstəklərini əsirgəmir. Səudiyyənin pulu ilə ABŞ-dan alınan raketlər, Türkiyə sərhəddindən Suriyaya daxil olurlar. Suriyada qeydə alınan atəşkəslər faydasızdır, çünki terrorçular buna önəm vermir. Onlar fürsətdən istifadə edərək, müxtəlif bölgələri işğal edirlər. Əlimizdə olan sənədlərə görə Suriyada olan terrorçulara 140 ölkədən müxtəlif yardımlar olunur. Biz Suriyada təkfirçilərlə deyil, Ayətullah Xameneinin rəhbərliyi altında 140 ölkə ilə savaşırıq və böyük qalibiyyətlər əldə etmişik.”, -deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.