Xəbərdarlıq mesajı

Daxil olmaq istədiyiniz səhifəyə yaş məhdudiyyəti qoyulub. Səhifəni 18 + olanlar izləyə bilər...

Bəli, 18 yaşından böyüyəm Xeyr. 18 yaşından kiçiyəm
haberL haberR

On iki yaşlı uşağın başını kəsən qruplaşma ABŞ-dan maliyyə yardımı alıb - Video (18+)

Kateqoriya: Araşdırma Yayımlama tarixi: 24.07.2016 18:01:27

Uşaq qatillərinin dini, hətta insanlığı belə yoxdur...

İslamazeri.az: Bu günlərdə sosial medialarda və ərəb KİV-də özlərini suriyalı müxalif adlandıran qaniçən bir terrorçu qruplaşmasının 12 yaşlı uşağı əsir tutaraq əvvəl işkəncə verdiklərinin, daha sonra başının kəsilməsinin şahidi olduq. Bu mövzuya yenə qayıdacıq...

Xocalı, Qəzza...

...Xocalıda erməni terrorunda gördüklərimiz cinayətlərin eynisini Yaxın Şərqdə  uşaq başkəsmələrinə start verilmədən öncə, İsrail tərəfindən törədildiyinin şahidi olurduq. Birinci intifadanın simvoluna çevrilən Məhəmməd və atası məhz İsrail əsgərləri tərəfindən güllə yağışına tuş gəlmiş, atasının səyi nəticəsində öz canı hesabına oğlunu qorumuşdu.

 

Qəzzada və Livanda daşlar altından çıxan azyaşlı cəsədləri də bizim bir neçə illər öncə rastlaşdığımız uşaq qətliamları idi.

Məhz bu hücumlarla İsrail dünyanın sadə xalqları arasında nifrətlə yad edilir və get-gedə "Yəhudi soyqırımı"na dünya insanları inanmamağa başlayırdı. Çünki, qətliama məruz qalan bir millət, digər bir milləti qətliam edərmi? Bu sual  vicdanlı şəxslərin düşünərək öz-özünə verdiyi sual idi.

Təkfirçilik...

Buna görə də, yeni layihə və təkfirçi-xəvariclərin pultunun basılması İsrail cinayətləri unutdurmalı və İslama meyllərin qarşısını almalı idi. Belə bir addm ilk olaraq Suriya və İraqda atıldı. Bəşər Əsədə qarşı birləşən Qərb ölkələri İsrailin göstərişi ilə ölkəyə beynəlxalq terrorçuları cəlb etməyə bacardı. Minlərlə terrorçu Suriyada cihad adı ilə əlini qana bulamağa tələsdilər.

Bəzən İŞİD terrorçuları uşaq qətliamı həyata keçirir deməklə bu cür cinayətləri ancaq bu vəhşilərin üstünə atırdıq. Əlbəttə İŞİD kimi vəhşi qruplaşma hələ dünya ictimaiyyəti görməyib. Amma məsələn Azad Suriya Ordusunun Suriyanın Deyr-Əz Zordakı aşağıda şəkili verilən cinayəti 2013-də baş vermişdir. KİV-in məlumatına görə, aşağıdakı qız uşağının gözü qarşısında ata və anası güllələnmişdir.

Aşağıdakı uşaq isə Ramadidə (İraq) İŞİD tərəfindən anası ilə birlikdə qətlə yetirilib. Atası İraq ordusunun hərbçisi olduğuna görə bu cür terrora məruz qalmışdı bu yazığ qızcığaz...ətraflı.

Qayıdaq 12 yaşlı başı kəsilən uşağa...

Aşağıdakı 12 yaşlı suriyalı Hələb əyaləti yaxınlığında Handarat adlı fələstinlilərin düşərgəsində "Nürəddin Zənki" adlı türkmənlərin də qatıldığı qruplaşma tərəfindən həbs olunub. Daha sonra terrorçular ona işkəncələr altında aşağılayırlar. Uşaq güllə ilə vurulmasını istəsədə, gözünü qan tutmuş canilər 12 yaşlı uşağın başını İŞİD-dən fərqlənməyən üsulla kəsirlər. "Shamnewstime" isə uşağın heç bir qrup və ya ordu dəstəsində olmadığını, sadəcə əsgərlərlə görüşdüyünü, terrorçular isə onun casusluq etdiyini və buna görə başının kəsildiyini bildiriblər. Gördüyünüz kimi İslam adına ləkə olan bu tip terrorçular Quran və İslam adına baş kəsərək dünyada İslamı bu cür cinayət və terrorlarla gözdən salmağa cəhd edirlər.

Vikipediaya nəzər saldıqda isə bu terror qruplaşmanın ABŞ Kəşfiyyatı tərəfindən maliyyə yardımı aldığını görə bilərik.

İslamazeri.az araşdırma qrupu

Uşağın başının kəsilmə anı (18+)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.