haberL haberR

Özbək təqaüdçü Kərimovun xatirəsinə velosipedlə 500 km yol qət edəcək

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 07.09.2016 15:22:22

Səyahətçinin sözlərinə görə, onun yolu 4-5 gündən çox çəkməməlidir.

İslamazeri.az-ın "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, Özbəkistan sakini Husan Hocibayev 500 kilometrlik velosiped yürüşünə başlayıb. Təqaüdçü öz səyahətini sentyabr ayının ikisi dünyasını dəyişmiş ölkə prezidenti İslam Kərimova həsr etməyi qərar verib.

75 yaşlı kişi 500 kilometri Namanqan vilayətindəki Çartaskiy rayonunda yerləşən öz evindən Kərimovun dəfn edildiyi Səmərqəndə qədər qət etmək niyyətindədir.

Səyahətçinin sözlərinə görə, onun yolu 4-5 gündən çox çəkməməlidir. O, özbək liderinin qəbrinə çatar-çatmaz orada namaz qılmaq niyyətindədir.

"Mən İslam Kərimovun bütün prezidentliyi dövründə ona məktublar yazardım və məktublarıma da cavablar alardım. Buna görə də mən İslam Kərimovu öz dostum hesab edirəm. O gecə və gündüz alın təri ilə çalışırdı ki, Özbəkistanı daha da çiçəklənən dövlət etsin. Mən də qərar verdim ki, öz dostumun xatirəsi naminə bir neçə gün əziyyət çəkməliyəm.", - deyə təqaüdçü bildirir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.