haberL haberR

Qasim Süleymaninin öldürülməsi xəbəri yalanlandı

Kateqoriya: Region Yayımlama tarixi: 17.11.2015 15:59:08

İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri general Qasim Süleymaninin öldürülməsilə bağlı xəbərlər təsdiqini tapmayıb

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, bu haqda İranın İnqilab Keşikçiləri Korpusunun  Baş İctimai Əlaqələr Şöbəsi açıqlama yayıb.

Açıqlamada deyilir:  "Adətən sionistlər öz arzu və amallarını xəbər formasında tənzim edir və öz mediaları vasitəsilə virtual mühitdə yayırlar ki, sərkərdə Qasım Süleymaninin şəhadəti haqda saxta xəbər də bu qəbildəndir.  İslamın rəşadətli sərdərdəsi Süleymani sionistlərin bütün media atmosfer yaratmalarının əksinə olaraq, sağ və salamatdır."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.